Vəzifə öhdəlikləri:

• Elektron sənəd dövriyyəsi vasitəsilə dövr edən bütün sənədlərin izlənilməsi və onların icrasına nəzarət; 
• Müəssisənin daxilində və xaricində dövr edən sənədlərin təhlili və onların təkmilləşdirilməsi işlərinin görülməsi;
• Elektron sənəd dövriyyəsi vasitəsilə dövr edən sənədlər üzrə müvafiq hesabatların hazırlanması; 
• Sənədlərin daxili qaydalara uyğun tərtibatının yoxlanılması və redaktə edilməsi; 
• Korporativ və rəsmi məktubların hazırlanması və redaktə edilməsi; 
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi hesabatların hazırlanması;
• Birbaşa rəhbərinin tapşırıq və göstərişlərini yerinə yetirilməsi.

Təhsil/Təcrübə: 

• Ali təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan, Rus və İngilis dillərini sərbəst istifadəçi səviyyəsində bilmək;
• Elektron sənəd dövriyyəsi proqramlaırnda işləmə bacarığı;
• Microsoft Office proqramlarını mükəmməl səviyyədə bilmək;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar: 

• Əmək haqqı razılaşma əsasında; 
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.