Vəzifə öhdəlikləri:

• İstifadəçilərə istənilən tipli IT problemlərinin araşdırılmasında operativ və faydalı dəstək göstərilməsi;

 • Kompüter şəbəkələrində informasiya təhlükəsizliyi təmin edilməsi;

  • İT təhlükəsizlik sahəsində baş vermiş insidentlərin araşdırılmasını həyata keçirmə prosesi;

  • Müəssisədə istifadə edilən İT təhlükəsizlik standartlarının tətbiq edilməsi;
  • İT və telekommunikasiyanın idarə edilməsini təmin etmək;
  • Şəbəkə və internet infrastrukturunun quraşdırılması və ofis avadanlıqlarının dəstəklənməsini təmin etmək; 
  • İT təhlükəsizliyinin təmin olunması;
  • Fəaliyyəti ilə bağlı mütəmadi hesabatlar hazırlanıb birbaşa rəhbərinə təqdim edilməsi.

 

Təhsil/Təcrübə:

• İnformasiya Texnologiyaları və ya Texniki sahədə Ali təhsilli olmalı;
• C# proqramlaşma dil bilikləri;
• SQL – Structured Query Language bilikləri;
• ASP.NET, ASP.NET MVC ilə işləmə bacarığı;  
• Web servis texnologiyaları ilə işləmə bacarığı;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilməli
• İşə yaradıcı yanaşma, təşkilatçılıq və ünsiyyət qurmaq qabiliyyəti;
• İşgüzar, məsuliyyətli, nizam-intizamlı və stressə davamlı olmalı
 
Əlavə məlumatlar:

 • Əmək haqqı razılaşma əsasında; 

 • Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;

 • İş vaxtı: 09:00 – 18:00

 • İş qrafiki: 5 gün

 • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Proqram Təminatı və Sistemin idarə edilməsi şöbəsi, Təcrübəçi-mütəxəssis” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur. 

• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.