“Sumqayıt Texnologiyalar Parkı” MMC – nin biznes vahidi “STP Alüminium” MMC Korporativ Satış üzrə Menecer vakansiyasını açıq elan edir.


Qafqazın ən böyük sənaye partlarından olan Sumqayıt Texnologiyalar Parkının gənc və dinamik komandasının üzvü olmaq istəyənlər pozitiv, motivasiyalı, çalışqan və yeniliklərə açıq xanımlar və bəylər üçün faydalı fürsətdir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, satışların təşkili və şirkət təmsilçiliyi sahəsində təcrübəsi olan bütün namizədləri aktiv şəkildə  inkişaf edən Texnoparkın Satış komandasına qoşulmağa dəvət edirik. Şirkətimizin siması və Korporatov Satış üzrə Menecer olaraq Siz şirkətinin mövcud və potensial müştərilərinə məhsullarımızın bütün çeşidlərinin satışının həyata keçirilməsi işini təşkil edəcəksiz.

 

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

• Qafqazın ən böyük Sənaye müəssisəsinin gənc və dinamik komandasında iş təcrübəsi
• Satış sisteminin təkmilləşdirilməsində konsultantların dəstəyi ilə yaxından iştirak və liderlik
• Adekvat əmək haqqı və satış hədəflərinin icrasına uyğun bonus sistemi
• Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi
• Davamlı karyera inkişafı
• Qanunvericiliyə uyğun sənədləşdirmə 
• Müştərilərlə görüş üçün avtomobil, benzin, telefon, nömrə o cümlədən, şirkət tərəfindən nahar və nəqliyyatla təmin edilmə

 

Bizim üçün ideal namizəd:

• Ali təhsil
• Satış sahəsində ən az 3 il iş təcrübəsi olan
• 25-45 yaş aralığındakı namizədlərə üstünlük verilir
• İşgüzar danışıqlar aparmaq və yüksək  yazılı və şifahi    ünsiyyət keyfiyyətlərinə malik olmaq
• Məhsullarımızın satış potensialı olan müştəriləri yaxşı tanımaq
• Kompüter və MS Office proqram bilikləri
• Azərbaycan və rus dillərində sərbəst danışmaq, ingilis dilini bilmək üstünlükdür
• CRM bilikləri

 

Görəcəyiniz işlər:
• Müştərilərə məhsulun çeşidləri üzrə təqdimatını/tanıtımını etmək
• Şirkətin istehsal etdiyi məhsulların satışının təşkili
• Müştərilər və məhsulların çeşidləri üzrə satış hədəflərini maksimum həyata keçirmək
• Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görmək
• Bazarın araşdırılmasını, mövcud rəqabət mühitini analiz etmək
• Müştəri bazasının formalaşdırılması
• Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması
• İşgüzar və korporativ danışıqların aparılması
• Yeni müştərilərlə müqavilələrin bağlanılması


Əgər bizim axtardığımız ideal Korporativ Satış Meneceri Sizsinizsə CV-nizi  hraluminium@stp.az elektron ünvanına göndərməyiniz xahiş olunur 
(məktubun mövzusu: "Korporativ Satış Meneceri")