Vəzifə öhdəlikləri:

• Proqram təminatı hazırlanarkən İT təhlükəsizliyini təmin etmək;
• Proqram təminatının təkmilləşdirilməsi və daim yenilənməsi işini həyata keçirmək;  
• Rəhbərinin tapşırıqlarına əsasən proqram təminatının və proqram modullarının tərtibatı ilə məşğul olmaq;
• Mövcud proqram təminatlarında texniki sorğular üzrə texniki tələblərin icrasını və proseslərin optimallaşdırılmasını təmin etmək ;
• Proqramlarda rastlaşılan nasazlıqları aradan qaldırılmaq;
• İT layihələrinin icrasında iştirak etmək;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarına riayət etmək;
• Fəaliyyəti ilə bağlı mütəmadi hesabatlar hazırlanıb birbaşa rəhbərinə təqdim edilməsi;

Təhsil/Təcrübə:

• İnformasiya Texnologiyaları və ya Texniki sahədə Ali təhsilli olmalı;
• Analoji sahədə ən azı 1 il iş təcrübəsi olmalı; 
• Visual studio C#,T-SQL, asp.net, MS SQL iş bacarığı
• Sertifikasiya arzuolunandır;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilməli;
• Azərbaycan dili sərbəst, Rus və İngilis dillərini yaxşı səviyyədə arzuolunandır;
• İşgüzar, məsuliyyətli, nizam-intizamlı və stressə davamlı olmalı 

Əlavə məlumatlar:

Əmək haqqı razılaşma əsasında; 
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş vaxtı: 09:00 – 18:00
• İş qrafiki: 5 gün
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Proqram təminatı üzrə mütəxəssis” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur. 
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.