Vəzifə öhdəlikləri:

• Aşpaz köməkçisi (qadın): Bütün növlərdə olan xörəklərin və kulinariya məmulatlarının hazırlanması texnologiyasını həmçinin milli məxsusi xörəklərinin  və  xarici  mətbəx xörəklərinin hazırlanması  xüsusiyyətlərini bilməlidir;
• Ərzaq məhsullarının tərkibində olan zülal, piy, karbohidratların, vitaminlərin,  rəngləyici  və digər maddələrin istilik emalı zamanı baş verən dəyişikləri, qarnirlimə qaydalarını,  pay və sifarişli xörəklərin qeydə alınması və verilməsini, menyuların (bayram, paket və s.) tərtibi qaydalarının, istifadə olunan xammala və yarımfabrikatlara  standart tələbləri  və  texniki  şərtləri, mətbəxdə istifadə olunan avadanlıqların quruluşunu, qənaətcil iş rejimini bilməlidir;
• Qəssab (kişi):  Təchizatçılar tərəfindən təslim edilən ət məhsullarının keyfiyyətinin yoxlanılması; 
• Ət məhsullarının ilkin doğrama prosesinin icra edilməsi (tikələrin sümüklərdən ayrılması, tikələnməsi və s.);
• Ət məhsullarının istehsal üçün qruplaşdırılması; 
• Qəssab anbarına və ət məhsullarına nəzarət;
• Lazım olan ət məhsullarının hazırlanması və tənzimlənməsi; 
• Natamam məhsulların hazırlanması və tənzimlənməsi.

Təhsil/Təcrübə:

• Qeyd olunan sahə üzrə peşə/orta ixtisas təhsilli olmalıdır
• 3 ildən az olmayaraq iş təcrübəsi olmalıdır (beynəlxalq sertifikasiya arzuolunandır);
• Yaş həddi: 25-50 
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı və dürüst olmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında; 
• Şirkət tərəfindən naharla, nəqliyyatla ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 08:00 – 17:00;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir;
• Sumqayıt şəhəri ərazisində və H.Z.Tağıyev qəsəbəsində yaşayan namizədlərə üstünlük verilir;
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aşpaz köməkçisi/Qəssab” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur;
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.