STP öz üzərində daim işləyən kadrlar, gənclər üçün böyük imkanlar təqdim edir. Qeyd edək ki, müəssisə tələbələrin və məzunların əmək bazarına çıxışına, gənclərin məşğulluq probleminin həllinə dəstək məqsədi ilə Karyera sərgilərində də iştirak edir. STP-nin İnsan Resursları Departamenti əməkdaş seçimində bilik və bacarıqların dəyərləndirilməsi ilə yanaşı, aktiv və yeni texnologiyalarla işləməyi bacaran gənclərə xüsusi önəm verir.

STP ixtisaslaşmış komandaya, yüksək səviyyəli avadanlıqlara və müxtəlif yönümlü istehsal imkanlarına görə regionun nəhəng və texnoloji istehsal müəssisəsidir. Məhz bu səbəbdən Sumqayıt Texnologiyalar Parkı əməkdaşlarının şəxsi və peşəkar inkişafını diqqətdə saxlayır. Belə ki, STP-də mütəmadi təlim və seminarlar təşkil edilir. Müəssisə həmçinin mütəxəssislərin dünyanın inkişaf etmiş ölkələrində təcrübə keçməsinə imkan yaradır.