Sumqayıt Texnologiyalar Parkı 10-na yaxın sektorda müxtəlif növ məhsul və xidmətlər təklif edir. Müəssisə dünyada “Made in Azerbaijan” brendini təmsil edir. Qlobal bazar da daxil olmaqla bu qədər geniş sektoru əhatə edən STP-nin bütün zavod və istehsalat müəssisələri yeni texnoloji avadanlıqlarla təchiz edilib. Müəssisənin uğurla addımlamasının arxasında geniş bilik və təcrübəyə malik peşəkar komanda dayanır. Qeyd edək ki, STP-də əməkdaşların iş fəaliyyəti dünya təcrübəsinə əsaslanır. Belə ki, müəssisə işçilərin professional inkişafına sərmayə qoyaraq, bu istiqamətə xüsusi diqqət yetirir. Əməkdaşlarımız işlərində həm dünyanın tanınmış şirkətlərindən, həm də daxili tədris proqramlarından əldə etdikləri bilik və təcrübədən faydalanır. STP-yə qoşularaq ümumi sayı 2 minə yaxın əməkdaşdan ibarət komandaya üzv ola bilərsiniz.