Sumqayıt Texnologiyalar Parkı (STP) regionda ərazisinə görə ən böyük sənaye məhsulları istehsal edən mərkəzlərdən biridir. Hazırda 250 hektar ərazidə fəaliyyət göstərən STP 30-dan artıq istehsal sahəsi ilə öz sektorunun lideridir. STP-də Avropada və Yaponiyada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş 12 zavod fəaliyyət göstərir. Şirkətin ərazisində 2000 nəfərin çalışır.


Sumqayıt Texnologiyalar Parkı 2009-cu il dekabr ayının 22-də istismara verilib. STP 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu alıb. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun akkreditə olunub. İstehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standartları da tətbiq olunur.